Güləş/Cüdo
IJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqladı
21.09.2022 | 17:39
Beynəlxalq Cüdo Federasiyasının (IJF) Rusiya və Belarus idmançıları ilə bağlı qərarı bəlli olub.
Sports.az xəbər verir ki, hər iki ölkənin cüdoçuları 2023-cü ilin yanvarınadək qurumun himayəsi altındakı yarışlarda iştirak etməyəcək.
Bu barədə IJF-nin İcraiyyə Komitəsi qərar çıxarıb. Məlumatı federasiyanın rəsmi saytı yayıb.