Güləş/Cüdo
Azərbaycanın daha 4 cüdoçusu “Böyük Dəbilqə”də mübarizəyə qoşulur
11.05.2024 | 11:20
Bu gün Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turnirində ikinci günün görüşləri keçiriləcək.
Sports.az xəbər verir ki, növbəti gündə Azərbaycanın 4 cüdoçusu 2 çəki dərəcəsində mübarizəyə qoşulacaq.
Kişilər arasında Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli və Məhərrəm İmamverdiyev (hər ikisi 81kq) məşqçilərin etimadını doğrultmalıdırlar.
Qeyd edək ki, yarışın ilk günündə cüdoçularımızdan yalnız Kamran Süleymanov bürünc medal qazanıb.