Azərbaycanı DÇ-də təmsil edəcək cüdoçular müəyyənləşdi

Azərbaycanı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək dünya çempionatında təmsil edəcək cüdoçular müəyyənləşib.

Sports.az xəbər verir ki, 100-dən çox ölkədən 700-ə yaxın idmançının iştirak edəcəyi yarışda millimiz 8 çəki dərəsində 9 kişi və 2 qadın ilə təmsil olunacaq.

Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) zədəli olduqlarına görə yığmanın tibbi heyətinin qərarına əsasən turnirə qatılmayacaqlar.

Mundialda cüdoçularımız böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və qadınlardan ibarət millini çalışdıran Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcəklər.

Qadınlar

48 kq
Leyla Əliyeva

57 kq
Acelya Toprak

Kişilər

60 kq
Balabəy Ağayev
Turan Bayramov

66 kq
Yaşar Nəcəfov
Kamran Süleymanov

73 kq
Hidayət Heydərov

81 kq
Zelim Tçkayev

90 kq
Elcan Hacıyev
Vüqar Talıbov

100 kq
Zelim Kotsoyev

Qeyd edək ki, dünya çempionatı mayın 19-23-ü aralığında gerçəkləşəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar