Güləş/Cüdo
Azərbaycan cüdoçularından Avropa Kubokunda 2 medal
19.05.2024 | 13:15
Cüdo üzrə Azərbaycanın gənclərdən ibarət millisi İspaniyanın Malaqa şəhərində davam edən Avropa Kubokunda iki medal qazanıb.
Sports.az xəbər verir ki, təmsilçilərimiz turnirin ilk günündə 2 bürünc medal əldə edib.
Məhəmməd Musayev (66 kq) və Aydın Rzayev (73 kq) yarışda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Yarışa mayın 19-da yekun vurulacaq.