ACF “Qəbələ”də kəmər dərəcələri üzrə imtahan keçirdi

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə "Qəbələ" İdman Klubunda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

Sports.az xəbər verir ki, 100-ə yaxın cüdoçu müvafiq yaş uyğunluğuna əsasən müxtəlif kəmər dərəcələri üzrə imtahan verib.

İmtahandan uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar