Güləş/Cüdo
Azərbaycan cüdoçularından Rusiyada daha 2 medal
01.07.2024 | 23:15
Azərbaycan cüdoçuları “Asiya Uşaqları” Oyunlarının ikinci günündə 1 qızıl və 1 bürünc medal qazanıblar.
Sports.az xəbər verir ki, oğlanlar arasında 66 kq çəkidə Əli Hümbətov qızıl medal əldə edib.
60 kq-da isə Özqan Quliyev bürünc medala sahib olub.
“Asiya Uşaqları” Oyunları Rusiyanın Saxa Respublikasının paytaxtı Yakutskda keçirilir.