Cüdoçumuz Parisdə ciddi zədə aldı, xəstəxanaya aparıldı

Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 1/8 final görüşü zamanı ciddi zədə alıb.

Sports.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançının fransalı Nqayap Hambu ilə 1/8 final döyüşündə çiyni çıxıb və xəstəxanaya aparılıb.

Xatırladaq ki, Elcan 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlib. Lakin o, növbəti mərhələdə fransalı rəqibinə ipponla uduzaraq mübarizəni dayandırıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar