Güləş/Cüdo
Azərbaycanın daha bir cüdoçusu olimpiya çempionu oldu!
01.08.2024 | 20:00
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.
Sports.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionu finalda gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib.
Rəqibi üzərində əzmkar qələbə qazanan Kotsoyev olimpiya çempionu olub.
Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) Paris-2024-ün qızıl medalını qazanıb.