Güləş/Cüdo
Güləşçimiz Olimpiadanın yarımfinalında
09.08.2024 | 15:14
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Sports.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Lxaqvaqerel Munxtur (Monqolustan) ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Meşvildişvili (12:2) yarımfinala yüksəlib.
Olimpiada avqustun 11-də başa çatacaq.