Güləş/Cüdo
Millimiz dünya üçüncüsü oldu
21.08.2024 | 22:15
İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
Sports.az xəbər verir ki, böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında iştirak edən komandamız 3 medal qazanıb.
Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Əmrah Əmrahov (48 kq) isə bürünc medal əldə edib.
Yekunda 105 xal toplayan millimiz komanda hesabında dünya üçüncüsü olub. İran (140) birinci, Özbəkistan (113) isə ikinci yeri tutub.