Güləş/Cüdo
Hacıyev dünya çempionatı ilə vidalaşdı
09.10.2022 | 10:17
Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Sports.az xəbər verir ki, 81 kq-da çıxış edən Elcan Hacıyev 1/16 finalda böyük britaniyalı Laçlan Morheadla qarşılaşıb. Rəqibinə ipponla uduzan idmançı yarışla vidalaşıb.
Azərbaycanın bu çəki dərəcəsindəki digər təmsilçisi Səid Mollayi isə mübarizəyə 1/8 finaldan qoşulacaq. Onun rəqibi Aleks Barto (Slovakiya) / Nikon Zaboroskiuk (Moldova) cütünün qalibi olacaq.
Dünya çempionatında daha əvvəl tatami üzərinə çıxmış Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.