Güləş/Cüdo
Azərbaycan güləşçisi DÇ-də 2-ci oldu
10.10.2022 | 15:00
Oktyabrın 4-dən 9-dək Bolqarıstanın Plovdiv şəhərində veteranlar arasında dünya çempionatı keçirilib.
Sports.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə yarışda Elgiz Məmmədov (88 kq) A kateqoriyasında ikinci yeri tutub.
1/4 finalda Aytac Dəmirə “tuş”la qalib gələn həmyerlimiz yarımfinalda bolqarıstanlı Antonio Toşkovu 4:1 hesabıyla məğlub edərək finala yüksəlib. Həlledici görüşdə qazaxıstanlı Andrey Samoxinə minimal fərqlə (4:5) məğlub olan Məmmədov dünya çempionatının gümüş medalını qazanıb.
Qeyd edək ki, mundialda beynəlxalq kateqoriyalı hakim Əli Babayev ədaləti qoruyub.