Azərbaycanı Yunanıstanda təmsil edəcək güləşçilər bəlli oldu

Azərbaycanı Yunanıstanın Katerini şəhərində keçiriləcək çimərlik güləşi üzrə Dünya Seriyasının 4-cü mərhələsində təmsil edəcək idmançılar müəyyənləşib.

Sports.az Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) yarışacaq.

Sabah startı veriləcək yarış iki gün davam edəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar