Azərbaycan cüdoçusu dünya çempionatında tarixə düşüb

Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən dünya çempioantında tarixə düşüb.

Sports.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, buna qədər ən ağır çəkidə heç bir cüdoçumuz analoji yarışın mükafatçısı olmamışdı.

Əjdər Bağırov (100 kq) isə olimpiya çempionu Zelim Kotsoyevdən yeddi il sonra bürünc mükafat qazanıb.

Azərbaycanın gənclərdən ibarət millisi dünya çempionatını üç medalla başa vurub. Kənan Nəsibov (+100 kq) gümüş, Süleyman Şükürov (81 kq) və Əjdər Bağırov (100 kq) isə bürünc mükafat qazanıblar. Bu göstərici ilə Azərbaycan oğlanların sıralamasında 67 ölkə arasında 4-cü yeri tutub.

Bundan başqa, təmsilçilərimizdən Nizami İmranov (60 kq) və Aydan Vəliyeva (52 kq) 5-ci, Fidan Əlizadə (57 kq), Məhəmməd Musayev (66 kq) və Aslan Kotsoyev (90 kq) isə 7-ci yeri tutublar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar