Güləş/Cüdo
Azərbaycan milliləri Bakıda təlim-məşq toplanışı keçirlər
09.10.2024 | 13:45
Azərbaycanın güləş milliləri Bakıda təlim-məşq toplanışı keçirlər.
Sports.az xəbər verir ki, qadınlardan ibarət yığma sentyabrın 30-dan hazırlıq prosesinə start verib.
Toplanış oktyabrın 21-dək davam edəcək.
Yunan-Roma güləşi üzrə milli isə oktyabrın 7-də bir araya gəlib. Bu komandanın toplanışı 20 gün davam edəcək.
Sərbəst güləşçilər isə sabahdan hazırlıq prosesinə başlayacaqlar.
Böyüklərdən ibarət komandalar məşqlərini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçirlər. Taktiki-texniki çalışmalara üstünlük verilən toplanış U-23 dünya çempionatına (21-27 oktyabr) və böyüklərin dünya çempionatına (28-31 oktyabr) hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, hər iki yarış Albaniyanın paytaxtı Tiranada keçiriləcək.