Gimnaziadada iştirak edəcək Azərbaycan güləşçiləri bəlli oldu
Oktyabrın 24-dən 30-dək Bəhreynin paytaxtı Manamada Gimnaziada keçiriləcək.
Sports.az xəbər verir ki, 26 idman növü üzrə keçiriləcək multi-idman yarışının proqramında güləş də yer alıb.
Güləş üzrə yarışlar Gimnaziadanın son günlərində (28-30 oktyabr) baş tutacaq. Məktəblilər arasında keçirilən yarışda ölkəmizi U-17 milli komandanın üzvləri təmsil edəcək.
Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ramal Mirhüseynov (51 kq), Hüseyn Hüseynov (55 kq), Həsən Həsənov (60 kq), Hüseyn İsmayılov, Fərid Ağasızadə (hər ikisi 65 kq), Nihad Abasov, Rəşad Veysəlov (hər ikisi 71 kq), Nihad Süleymanlı (80 kq), Fərhad Süleymanlı (92 kq) və Hakim Tağıyev (110 kq) sərbəst güləşçilərin mübarizəsində yer alacaq.
Böyük məşqçi Rövşən Umudov qızların yarışına Nəzrin Əhmədli (43 kq), Fatimə Bayramova (53 kq),Esra Məmmədli və Fidan Babayeva (hər ikisi 57 kq) ilə çıxacaq.
Yunan-Roma güləşçilərinin mübarizəsində isə böyük məşqçi Taleh İsrafilovla məşqçi Rasim Ağayevin tapşırıqlarını Hüseyn Əliyev (45 kq), Şahid Nəbiyev (48 kq), Elşad Abbasov, Nihat Bəhmənov (hər ikisi 51 kq), Turan Daşdəmirov, Əmrah Əmrahov (hər ikisi 55 kq), Nihat Tağıyev (60 kq), Akif Nəcəfli (65 kq), Yusif Əhmədli (71 kq), Nicat Yeylaqaliyev, Emil Abasov (80 kq), Səid Paşayev (92 kq) və Mikayıl İsmayılov (110 kq) icra etməyə çalışacaq.
71 ölkənin təmsil olunacağı Gimnaziadada I dərəcəli hakim Kamran Əliyev və II dərəcəli referi Əli Babayev ədaləti qoruyacaq.