Güləş/Cüdo
Azərbaycan güləşçisi 4 illik diskvalifikasiya olundu
21.10.2024 | 17:45
Azərbaycan güləşçisi Vaxit Qalayev antidopinq qaydalarını pozduğuna görə 48 aylıq diskvalifkasiya olunub.
Sports.az xəbər verir ki bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidməti məlumat yayıb.
Cəzaya səbəb kimi idmançı tərəfindən qadağan edilmiş maddə və ya üsuldan istifadə və ya istifadə cəhdi göstərilib. İdmançının nümunəsində qadağan edilmiş S4.Hormon və Metabolik Modulyatorlar/anastrozole maddələrinin və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu göstərilib.
2024-cü il yanvarın 29-dan qüvvəyə minən sanksiya 2028-ci il yanvarın 28-də bitəcək.