Azərbaycan güləşçilərindən Gimnaziadada daha 10 medal

Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadaya yekun vurulub.

Sports.az xəbər verir ki, son gündə yunan-Roma güləşi üzrə mübarizə baş tutub.

Yarışa böyük məşqçi Taleh İsrafilov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında yollanan komandamızın 13 üzvündən 10-u fəxri kürsüyə qalxıb.

Mikayıl İsmayılov (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Hüseyn Əliyev (45 kq), Şahid Nəbiyev (48 kq), Nihat Bəhmənov (51 kq), Əmrah Əmrahov (55 kq), Akif Nəcəfli (65 kq) və Yusif Əhmədli (71 kq) gümüş medal qazanıb. Turan Daşdəmirov (55 kq), Nihat Tağıyev (60 kq) və Emil Abasov (80 kq) isə bürünc medal əldə edib. Millimiz 185 xalla komanda hesabında ikinci yeri tutub.

Xatırladaq ki, Gimnaziadada daha öncə sərbəst güləşçilər 11 (1 qızıl, 2 gümüş, 8 bürünc), qızlar isə 3 (1 qızıl, 1 gümüş, 1 bürünc) medal qazanıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar