Güləş/Cüdo
Veteran cüdoçumuz 12-ci dəfə dünya çempionu oldu
05.11.2024 | 14:45
Azərbaycan təmsilçisi Fərhad Rəcəbli (90 kq) 12-ci dəfə veteran cüdoçular arasında dünya çempionu olub.
Sports.az xəbər verir ki, o, ABŞ-nin Las-Veqas şəhərində keçirilən mundialın M8 kateqoriyasında fərqlənib.
Rəcəbli ilk görüşündə yerli Lorenso Şippdən güclü olub. Veteran cüdoçu ardınca üç fransalı - Filip Juni, Mişel Dumortye və Alan Dayezə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarış noyabrın 7-də başa çatacaq.