Azərbaycanı “Böyük Dəbilqə”də təmsil edəcək cüdoçular bəlli oldu
Cüdo üzrə Azrərbaycan milli komandalarının oktyabrın 21-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində start götürəcək “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb.
Sports.az xəbər verir ki, 3 gün davam edəcək yarışda 11 kişi və 2 qadın idmançı qüvvəsini sınayacaq.
Kişilərdən 60 kq-da Balabəy Ağayev və Turan Bayramov, 66 kq-da Tofiq Məmmədov, 73 kq-da Vüsal Qələndərzadə və Nurlan Osmanov, 81 kq-da Elcan Hacıyev və Zelim Tçkayev, 90 kq-da Murad Fətiyev və Vüqar Talıbov, 100 kq-da Elmar Qasımov, 100 kq-dan yuxarı çəkidə isə Camal Qamzatxanov tatami üzərinə çıxacaq.
Qadınların mübarizəsində isə 48 kq-da Leyla Əliyeva və 52 kq-da Gültac Məmmədəliyeva medal qazanmağa çalışacaq.
“Böyük Dəbilqə”də dünyanın 66 ölkəsindən 428 idmançı iştirak edəcək.