Bakıdakı dünya kubokundan öncə mətbuat konfransı keçirildi

Sabah Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə dünya kuboku start götürəcək.

Sports.az xəbər verir ki, bu gün yarışın keçiriləcəyi məkanda mətbuat konfransı baş tutub.

Tədbirdə Dünya Güləş Birliyinin (UWW) mətbuat katibi Erik Olanovski, Azərbaycan yığmasının üzvləri, dünya çempionları Eldəniz Əzizli və Rafiq Hüseynov, türkiyəli dünya çempionu Burhan Akbudak və litvalı dünya mükafatçısı Mantas Knistautas iştirak ediblər.

Öncə çıxış edən Olanovski təşkilatçılıq işlərinin yüksək səviyyədə görüldüyünü və hər bir detalın nəzərə alındığını bildirib. 

Knistautas dünya yığmasının tərkibində yer aldığı üçün qürur duyduğunu və ölkəsini layiqincə təmsil etməyə çalışacağını deyib.

Burhan Akbudak Bakıda evdə güləşirləşirləşmiş kimi özlərini hiss etdiklərini və Azərbaycanla finalda qarşılaşmaq istədiklərini dilə gətirib.

Rafiq Hüseynov Serbiya millisinin turnirdə iştirak etməməsinin onların motivasiyasına heç bir təsir göstərmədiyini, məqsədlərinin 2015-ci ildə olduğu kimi, dünya kubokuna sahib çıxmaq olduğunu söyləyib. Təcrübəli pəhləvan azarkeşləri şou gözlədiyini də bildirib.

Eldəniz Əzizli bu yarışda əsas rəqibinin gürcüstanlı Nuqzari Tsurtsumia olduğunu, komanda şəklində bu il uğurlu çıxış etdiklərini və dünya kubokunda da uğurun davamını gətirmək istədiklərini söyləyib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar