Bakıdakı dünya kubokunda ilk finalçı bəlli oldu
Bakıda keçirilən yunan-Roma güləşi üzrə dünya kubokunda ilk finalçı bəlli olub.
Sports.az xəbər verir ki, İran yığması A qrupundakı ikinci görüşündə Qırğızıstan kollektivi ilə üz-üzə gəlib.
İran rəqibini 8:2 hesabı ilə üstələyərək finala yüksəlib.
Bu komanda daha əvvəl Türkiyə seçməsini 6:4 hesabı ilə məğlub etmişdi. Qrupda bu gün Türkiyə - Qırğızıstan qarşılaşması da olacaq.
Qırğızıstan - İran - 2:8
55 kq
Talaybek Beişenbek Uulu - Poya Marz - 1:9
60 kq
Nurmuxammet Abdullayev - Mehdi Necad - 0:5
63 kq
Kali Süleymanov - İman Məhəmmədi - 1:12
67 kq
Xalmurat İbrahimov - Seyid Söhrabi - 2:10
72 kq
Adilxan Nurlanbekov - Əmir Abdi - 0:6
77 kq
Akilbek Talantbekov - Məhəmməd Muxtari - 1:7
82 kq
Kalidin Asikeyev - Məhəmmədhüseyn Mahmudi - 6:1
87 kq
Atabek Azizbekov - Abolfazl Çubani - 9:2
97 kq
Uzur Cuzupbekov - Mehdi Balihamzehdeh - 3:3 (sonuncu xal prinsipi ilə iranlı güləşçi qalib gəlib)
130 kq
Erlan Manatbekov - Aliakbar Yusifəhmədçali - 1:4 (tuşe)