“Bu nəticə məni arxayınlaşdırmamalıdır”

“Bu nəticə məni arxayınlaşdırmamalıdır”

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında 4 medalla komanda hesabında 2-ci yeri tutan yunan-Roma güləşçilərimiz vətənə qayıdıb.

Sports.az xəbər verie ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.

Aleksandr Tarakanov, baş məşqçi:

“İlk növbədə bizə yaradılan şəraitə görə AGF rəhbərliyinə, GİN və MOK-a təşəkkür edirik. Bir qızıl, bir gümüş və iki bürünc medalla komanda hesabında dünya ikincisi olduq. Qarşıda bizi növbəti yarışlar gözləyir. Səhvlərimizin üzərində işləməliyik. İki zədəli güləşçimiz bərpa prosesi keçdikdən sonra sıralarımıza qoşulacaq. Bizə dəstək olan və bizim üçün dua edən bütün güləşsevərlərə minnətdarıq”.

Eldəniz Əzizli, dünya üçüncüsü:

“Hədəfim 5-ci dəfə dünya çempionu olmaq idi. İstəyimə tam nail olmasam da, medalsız qalmadım. Dünya çempionatlarında qazanılan medalların əyarına görə, güləşdə ölkə rekordçusu idim. Bu yarışda 7-ci medalımı qazanmaqla artıq medal sayına görə də rekorda imza atdım. Buna görə sevinirəm. İldən-ilə gənclərlə rəqabət aparmaq çətinləşir. Ümid edirəm ki, bundan sonra mənim və komandam üçün daha yaxşısı olar”.

Ülvü Qənizadə, dünya çempionu:

“Yarış həmişəki kimi çox çətin keçdi. Ən çətin görüşüm final qarşılaşması oldu. Fransa güləşçisiylə 3-cü dəfə qarşılaşırdım. Çox şükür, bu dəfə də qalib gəldim. Çətin, amma sonu gözəl oldu. Ümid edirəm ki, bundan sonra da belə nəticələrlə xalqımızı sevindirəcəyəm. Bu nəticə məni arxayınlaşdırmamalıdır. Titulu qorumaq və artırmaq lazımdır. Üzərimdə əziyyəti olan hər kəsə – federasiya rəhbərliyinə, məşqçilər heyətinə, həkim və masajçımıza, şəxsi məşqçimə təşəkkür edirəm. Bu çempionluqda onların rolu böyükdür. Ümid edirəm ki, gələcək yarışlarda da onların inamını doğruldacağam”.

Həsrət Cəfərov, dünya ikincisi:

“Təəssüratlarım qarışıqdır. Sevinc də var, kədər də. İkinci dünya çempionatıdır ki, finalda məğlub oluram. Nüfuzlu yarışlarda gərək heç bir səhvə yol verməyəsən. Bütün incə məqamlara diqqət yetirməlisən. Dünya çempionatı 1 səhvi belə bağışlamır”.

Murad Əhmədiyev, dünya üçüncüsü:

“Debütdə İtaliya güləşçisinə, daha sonra olimpiya mükafatçısı olmuş Qırğızıstan idmançısına qalib gəldim. 1/4 finalda olimpiya, 4 qat dünya və 7 qat Avropa çempionunu “tuş”la məğlub etdim. Yarımfinalda Rusiya güləşçisinə ilk xal prinsipinə əsasən uduzdum. Macarıstan idmançısına qalib gələrək bürünc medal qazandım. Qarşıda bizi İslam Həmrəyliyi Oyunları gözləyir. Həmin yarışa yaxşı hazırlaşıb, çempion olmağa çalışacağam”.  

Son xəbərlər
“Hamburq”un direktoru millimizn üzvü barədə danışdı
“Arsenal” “Real”ın müdafiəçisi uğrunda mübarizəyə qoşuldu
“Qarabağ” İngiltərəyə getdi
Millimizin üzvü Türkiyə klubuna transfer olundu
PSJ hücumçusunu satmaq niyyətində deyil
Könül Mehdiyevaya UEFA-dan təyinat
“Barselona” yarımmüdafiəçisi üçün yeni müqavilə hazırlayır
Bruno Fernandes Ueyn Runinin rekordunu təkrarladı
“Qarabağ”dan iki qələbə
999 gündən sonra
“Yuventus” keçmiş oyunçusunu geri qaytarmaq istəyir
“Sabah”dan 20-ci böyükhesablı qələbə
“Birinci görüşdə səhvlərimiz həlledici oldu”
AFFA daha iki komandaya texniki məğlubiyyət verdi
“Çelsi” “Real”ın hücumçusuna maraq göstərir
“Sabah” futbolçusu ilə yollarını ayırdı
“Qarabağ”ın “Liverpul”la oyununu slovakiyalı hakim idarə edəcək
"Turan Tovuz"un futbolçusundan yubiley qolu
“Real”ın müdafiəçisi Bundesliqa klublarının maraq dairəsində
“Qarabağ”ın ev oyunundakı uğursuz seriyası 14 ildən sonra təkrarlandı
Azərbaycan cüdoçuları üçün yeni qaydalarla bağlı seminar
Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlandı
“Arsenal” “Atletiko”nun hücumçusunu satın ala bilər
Hüseynovdan Polşada bürünc medal
Günün oyunları – TV
“Flamenqo” məzununu geri qaytarmaqda israrlıdır
Bernardo Silva “Barselona”ya ismarış ünvanladı
“Tottenhem” “Liverpul”la ortaq məxrəc əldə edə bilməyib
Xabi Alonsonun “Livepul”u çalışdıraca biləcəyinə ehtimal artır
MS “Real”ın müdafiəçisi ilə bağlı danışıqlara başladı
DAHA ÇOX

Ən çox oxunanlar