Güləş millilərimizin MDB Oyunları üçün heyəti açıqlandı

Güləş millilərimizin MDB Oyunları üçün heyəti açıqlandı

Azərbaycanda təşkil olunan III MDB Oyunlarında iştirak edəcək sərbəst, yunan-Roma və qadın güləşçilərimizin heyəti açıqlanıb.

Sports.az xəbər verir ki, sərbəst güləşdə böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Hüseyn Rzazadə (45 kq), Rəvan Həsənzadə (48 kq), Hacıhüseyn Əhmədzadə (51 kq), İbrahim Süleymanov (55 kq), Rəşid Nazarov (60 kq), Hüseyn İsmayılov (65 kq), Nihad Abasov (71 kq), Əli Hacıyev (80 kq), Amin Nəsibov (92 kq) və Hakim Tağıyev (110 kq) mübarizə aparacaqlar.

Qadın güləşində baş məşqçi əvəzi Toğrul Əsgərov, məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında Günel Quliyeva (43 kq), Nəzrin Əhmədli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Xədicəxanım Talıbova (53 kq), Esra Məmmədli (57 kq), Fidan Babayeva (61 kq) və Simurə Abdullayeva (65 kq) uğur qazanmağa çalışacaq.

Yunan-Roma güləşində isə böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında Ömər Salmanov (45 kq), Yusif Mirzəyev (48 kq), Elşad Abbasov (51 kq), Hikmət Haqverdiyev (55 kq), Əli Nəzərov (60 kq), Nihat Tağıyev (65 kq), İslam Sultanov (71 kq), Nicat Yeylaqaliyev (80 kq), Emil Abasov (92 kq) və Rauf Mütəllimov (110 kq) ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, Gəncə Olimpiya İdman Kompleksində oktyabrın 3-dən 4-dək sərbəst və qadın güləşi üzrə, 7-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistandan ümumilikdə 150 güləşçi mübarizə aparacaq. Ölkəmiz 27 güləşçi ilə təmsil olunacaq.
 

Son xəbərlər
“Qarabağ” “Ayaks”a qarşı - YENİLƏNİR
Təxirə salınan oyunda "DH Volley” qalib gəldi
Flik “Barselona”nın tərəqqisini qiymətləndirdi
“Azərreyl”dən çətin qələbə
Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək
Anri Salahı tənqid etdi
Premyer Liqanın 15-ci turu rəqəmlərin gözü ilə
UEFA Region Kubokunun püşkü atılıb
Bekhem “İnter Mayami”nin MLS çempionluğu haqda söhbət açdı
“Sabah”da ayrılıq
“Mingəçevir” “Cəbrayıl”ı, MOİK “Şimal”ı məğlub etdi
“Lənkəran” amerikalı basketbolçu ilə yollarını ayırdı
Millimizin II raunddakı rəqibləri bilindi
Futzal turnirinə start verildi
Azərbaycan birinciliyi keçiriləcək
Dibala gələcəyi ilə bağlı qərar verdi
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
ÇL-də yeni rekordçu
“Qarabağ”ın U-19 komandası sonuncu matçında böyük hesabla uduzdu
Salah “Liverpul” rəhbərliyinə müraciət ünvanlaya bilər
“D” kateqoriyalı məşqçi kurslarına start verilib
Region Liqasında çıxış edən iki komanda texniki məğlubiyyət aldı
Millimiz Almaniya yığması ilə eyni qrupa düşdü
“Real”ın qapıçısı A Seriyasına üz tuta bilər
Millimizin seçmə mərhələdəki rəqibləri müəyyənləşdi
İK Kubokunun oyunlarında yaşananlara görə klubları cərimələdi
AFFA "Neftçi"ni azarkeşlərinə görə cərimələdi
“Napoli” hücuçusunun xidmətində maraqlı deyil
Azərbaycanlı hakimlər bu gün avrokubok matçlarında iş başında olacaq
Prosineçkinin yeni iş yeri bilindi
DAHA ÇOX

Ən çox oxunanlar