İsveçrə və Azərbaycan arasında güləş əməkdaşlığı

İsveçrə və Azərbaycan arasında güləş əməkdaşlığı

Oktyabrın 11-12-də Bakı bulvarında “İsveçrə günləri” tədbiri keçirilib.

Sports.az xəbər verir ki, İsveçrənin Azərbaycandakı səfirliyinin Azərbaycan Güləş Federasiyası (AGF) ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi tədbirdə bu ölkənin ənənəvi “Şvingen” güləş növü ilə məşğul olan Qiyan Odermatt, Karim Leuppi, Andrin Poltera və Daniel Böş milli güləşimizin pəhləvanlarıyla qurşaq tutublar.

Təcrübə mübadiləsi çərçivəsində baş tutan musiqili və əyləncə dolu mərasim izləyicilərin böyük marağına səbəb olub. İsveçrənin ölkəmizdəki səfiri Tomas Ştəli və AGF-nin baş katibi Pərvin Piriyev, eləcə də federasiyanın digər rəsmiləri çıxış edərək bu aksiyanın hər iki ölkənin idmançılarının texnika, ənənə və dəyərlərini bölüşməsinə, beynəlxalq idman əlaqələrinin möhkəmləndirilməsinə və güləşin universal dili vasitəsilə qarşılıqlı anlaşmanın təşviq edilməsinə böyük töhfə verdiyini bildiriblər. Belə təşəbbüslər güləşi insanlara daha da yaxınlaşdırır, tanınmış idmançılarımızla yerli insanlar arasında səmimi münasibət yaradır və gəncləri idmana təşviq edir. Gələcəkdə iki ölkənin komandalarının birgə təlim-məşq toplanışlarının təşkil edilməsi və bu idman növündə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulub.

“Şvingen” yonqar (taxta kəpəyi) üzərində keçirilən xalq güləşi növüdür və İsveçrənin ən məşhur və rəmzi milli idman növlərindən biri hesab edilir.

Son xəbərlər
“Hamburq”un direktoru millimizn üzvü barədə danışdı
“Arsenal” “Real”ın müdafiəçisi uğrunda mübarizəyə qoşuldu
“Qarabağ” İngiltərəyə getdi
Millimizin üzvü Türkiyə klubuna transfer olundu
PSJ hücumçusunu satmaq niyyətində deyil
Könül Mehdiyevaya UEFA-dan təyinat
“Barselona” yarımmüdafiəçisi üçün yeni müqavilə hazırlayır
Bruno Fernandes Ueyn Runinin rekordunu təkrarladı
“Qarabağ”dan iki qələbə
999 gündən sonra
“Yuventus” keçmiş oyunçusunu geri qaytarmaq istəyir
“Sabah”dan 20-ci böyükhesablı qələbə
“Birinci görüşdə səhvlərimiz həlledici oldu”
AFFA daha iki komandaya texniki məğlubiyyət verdi
“Çelsi” “Real”ın hücumçusuna maraq göstərir
“Sabah” futbolçusu ilə yollarını ayırdı
“Qarabağ”ın “Liverpul”la oyununu slovakiyalı hakim idarə edəcək
"Turan Tovuz"un futbolçusundan yubiley qolu
“Real”ın müdafiəçisi Bundesliqa klublarının maraq dairəsində
“Qarabağ”ın ev oyunundakı uğursuz seriyası 14 ildən sonra təkrarlandı
Azərbaycan cüdoçuları üçün yeni qaydalarla bağlı seminar
Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlandı
“Arsenal” “Atletiko”nun hücumçusunu satın ala bilər
Hüseynovdan Polşada bürünc medal
Günün oyunları – TV
“Flamenqo” məzununu geri qaytarmaqda israrlıdır
Bernardo Silva “Barselona”ya ismarış ünvanladı
“Tottenhem” “Liverpul”la ortaq məxrəc əldə edə bilməyib
Xabi Alonsonun “Livepul”u çalışdıraca biləcəyinə ehtimal artır
MS “Real”ın müdafiəçisi ilə bağlı danışıqlara başladı
DAHA ÇOX

Ən çox oxunanlar