Azərbaycan Cüdo Federasiyasında növbədənkənar Konfrans

Azərbaycan Cüdo Federasiyasında növbədənkənar Konfrans

18 oktyabr 2025-ci il tarixində Azərbaycan Cüdo Federasiyasının (ACF) növbədənkənar konfransı keçirilib.

Sports.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Federasiyanın prezidenti Rəşad Nəbiyev, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.

ACF-in prezidenti açılış nitqində Azərbaycan idmanına və cüdonun inkişafına göstərdiyi diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Vurğulanıb ki, dövlət başçısının idmana göstərdiyi davamlı dəstək nəticəsində Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır. Konfrans çərçivəsində federasiyanın adından ölkə başçısına təşəkkür məktubu göndərilməsi qərara alınıb.

Bildirilib ki, əldə olunan uğurlar Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, ACF-nin, idman təşkilatlarının, məşqçilərin, idmançıların və cüdo ailəsinin bütün üzvlərinin birgə əməyinin nəticəsidir.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında federasiyanın son illərdəki fəaliyyətini yüksək qiymətləndirib. O, həm idman nailiyyətləri, həm də cüdonun kütləviləşdirilməsi və təhsil istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.

Konfransda ACF-nin İcraiyyə Komitəsinin tərkibi müəyyənləşdirilib. Rəşad Nəbiyev, Rövşən Rüstəmov, Elnur Məmmədli, Rəşad Rəsullu, Asif Əsgərov, Azər Əsgərov, Nazim Hüseynov, Mövlud Mirəliyev və Elxan Məmmədov komitə üzvləri kimi seçiliblər. Konfransın qərarına əsasən, Rəşad Nəbiyev Federasiyanın prezidenti, Rövşən Rüstəmov və Elnur Məmmədli vitse-prezidentlər, Rəşad Rəsullu isə icraçı vitse-prezident kimi təsdiqlənib.

Həmçinin, ACF-in Nəzarət-Təftiş Komitəsinin üzvlərinin və sədrinin seçilməsi üçün səsvermə keçirilib. Natiq Bağırov, Dilarə Məmmədova və Orxan Əsədov komitə üzvləri kimi təsdiqlənib, Natiq Bağırov isə komitənin sədri seçilib.

Daha sonra yeni seçilmiş İcraiyyə Komitəsinin genişləndirilmiş iclası keçirilib. İclasda idman təşkilatlarının, klubların nümayəndələri və cüdo məşqçiləri iştirak ediblər. Görüşün əvvəlində ACF-in icraçı vitse-prezidenti R.Rəsullu 2022–2025-ci illəri əhatə edən fəaliyyət hesabatını təqdim edib. Daha sonra məşqçilərlə regionlarda cüdonun inkişafı və kütləviləşdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb, iştirakçıların təklif və tövsiyələri dinlənilib.

ACF-in prezidenti iclasda bildirib ki, bu gün demək olar, ölkənin bütün regionlarında cüdo idman növü inkişaf edir, yeni klublar açılır və mövcud zallarda bərpa işləri aparılır. Vurğulanıb ki, cüdo uşaqların və gənclərin zərərli vərdişlərdən uzaq qalmasına, vaxtlarını səmərəli keçirməsinə, həmçinin qızların erkən nikahdan qorunaraq idmana cəlb olunmasına mühüm töhfə verir.

İclas zamanı məşqçilərin bu prosesdə həlledici rol oynadığını vurğulanaraq bildirilib ki, federasiyanın məqsədi yalnız medallar qazanmaq deyil, sağlam və layiqli gənclərin yetişməsinə dəstək göstərməkdir.

Görüş zamanı qeyd olunub ki, məşqçilərin peşəkar inkişafı üçün ACF tərəfindən təlim proqramları davamlı şəkildə həyata keçiriləcək. Eyni zamanda, cüdo zallarının maddi-texniki bazasının gücləndirilməsi, yeni klubların yaradılması və cüdo bölmələri açılması istiqamətində fəaliyyət davam etdiriləcək.

İclas zamanı irəli sürülən təkliflər ACF katibliyi tərəfindən müvafiq təhlillər aparıldıqdan sonra federasiyanın iş proqramına əlavə olunacaq və planlı surətdə həyata keçiriləcək.

Son xəbərlər
“Barselona”dan çətin qələbə
Marseldə darmadağın
“Napoli” uduzdu, “İnter” qələbə qazandı
“Qalatasaray” qalib gəldi, “Beşiktaş” uduzdu
Arda Ançelottidən söhbət açdı
Benites iş başına keçmək üzrədir
“Əl-Hilal” gözlənilməz darmadağına imza atdı
Qvardiola Haladnı qiymətləndirdi, dəstəyini vəd etdi
“Nottingem Forest”in sükanı arxasına namizəd açıqlandı
“Bayern” “Borussiya”nı xalsız yola saldı
Dağ velosipedi üzrə Azərbaycan çempionatına start verilib
“Arsenal”, “Mançester Siti” və “Çelsi”dən qələbə
“Sabah”la oyunda fiziki cəhətdən hazır deyildik”
Azərbaycan Cüdo Federasiyasında növbədənkənar Konfrans
Beyləqandə region birinciliyi keçirilib
Ukrayna yığması Bakıda Niderland və Belçikaya qalib gəldi
“Sumqayıt”dan darmadağın - VİDEO
“Asan təslim olmayacağıq” - Azər Həşimov
“Uğursuzluq zolağından çıxmağı bacardıq” – Saşa İliç
Premyer Liqa klubunda istefa
MY “Real”ın hücumçusu ilə maraqlanır
Qubada heç-heçə, Sumqayıtda darmadağın
Milli güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
Azərbaycan yığmasının seçmə mərhələ üçün heyəti açıqlandı
“Sabah” “Şəki”yə, “Quba” “Sumqayıt”a qalib gəldi
“Aston Villa”nın yarımmüdafiəçisi nəhənglərin diqqət mərkəzindədir
“Gələcək üçün lazım olan detallar üzərində işlədik”
“İmişli” – “Qəbələ” matçında 4 qol - VİDEO
“Kəpəz”in üzvləri Gəncə Memorial Kompleksini ziyarət edib
“Yuventus” “Milan”ın keçmiş oyunçusunu istəyir
DAHA ÇOX

Ən çox oxunanlar