İsmayılov Yaponiyada beynəlxalq seminarı uğurla tamamlayıb

İsmayılov Yaponiyada beynəlxalq seminarı uğurla tamamlayıb

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov Yaponiyada keçirilən beynəlxalq məşqçilik seminarını uğurla tamamlayıb.

Sports.az ACF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, "JUDOs" İctimai Birliyinin təşkilatçılığı ilə bir ay davam edən proqram Tokiodakı Kodokan cüdo mərkəzində və Tokay Universitetində baş tutub.

Seminar həm nəzəri, həm də praktiki modulları əhatə edib və iştirakçılara cüdo təlim metodologiyası, eləcə də yapon cüdo ənənələri üzrə biliklərini dərinləşdirmək imkanı yaradıb. Kodokan mərhələsində əsas diqqət nage-no-kata üzrə təlimlərə yönəlib.

Tokay Universitetində dərslər 8-ci dan sahibi Mitsumoto Kendjinin rəhbərliyi altında keçirilib. Olimpiya çempionu, 7-ci dan sahibi Kosei İnoue və Braziliya millisinin keçmiş baş məşqçisi Yuko Fuji də proqramda iştirak edərək əlavə dərslər aparıblar.

Təlimin əsas mövzularına yeni başlayanlar üçün təhlükəsiz cüdo qaydaları, məşq prosesinin düzgün təşkili, idman masajı üsulları, bandajlama texnikaları və fiziki hazırlıq daxil olub. Proqram çərçivəsində həmçinin Yaponiyanın mədəni-tarixi məkanlarına – cüdonun banisi Ciqoro Kanonun məzarı, Hiroşima Sülh Memorialı və Yaponiya Olimpiya Muzeyinə ziyarətlər təşkil edilib.

Seminarın sonunda Elnur İsmayılov beynəlxalq sertifikatla təltif edilib. O, Yaponiyada əldə etdiyi bilik və təcrübəni ölkəmizdə tətbiq etməklə, cüdonun inkişafına və yeni nəsil cüdoçuların yetişdirilməsinə töhfə verəcək.

Daha əvvəl bu proqramı dünya mükafatçısı və Avropa çempionu Orxan Səfərov, eləcə də məşqçi Asiman Allahverdiyev də uğurla bitiriblər.

Son xəbərlər
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
Fiqodan Rodriqoya dəstək
19-cu tura start verilir
Entso Fernandes PSJ-yə keçə bilər
“Samsunspor" "Rayo Velyekano"nu qəbul edəcək
Avropa Liqasının 1/8 final mərhələsi başlayır
17-ci turun son oyunları keçiriləcək
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Premyer Liqanın 24-cü turu rəqəmlərin gözü ilə
DAHA ÇOX

Ən çox oxunanlar