Cüdo məşqçilərinin sertifikatlaşdırılması proqramı davam edir

Cüdo məşqçilərinin sertifikatlaşdırılması proqramı davam edir

Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən məşqçilərin sertifikatlaşdırılması proqramı davam edir.

Sports.az xəbər verir ki, iki mərhələdən ibarət proqramın nəzərə hissəsində iştirakçılara cüdonun tədrisi, idman pedaqogikası, təhlükəsiz məşq mühiti, idmançının inkişaf mərhələləri və digər əsas nəzəri mövzular üzrə geniş biliklər təqdim edilib. Nəzəri imtahanı uğurla tamamlayan məşqçilər hazırda davam edən növbəti mərhələ - praktiki hazırlığa buraxılıblar.

Praktiki mərhələdə iştirakçılar 5 gün ərzində məşq prosesinin düzgün təşkili, təhlükəsiz texnikaların tətbiqi, məşq planlaşdırılması və idmançı ilə kommunikasiya sahələrində real praktiki bacarıqlar qazanırlar.

Təlimlər federasiyanın təcrübəli mütəxəssisləri tərəfindən aparılır. Proqramın hər iki mərhələsini müvəffəqiyyətlə başa vuran iştirakçılara Azərbaycan İdman Akademiyası və ACF-nin birgə peşəkar məşqçilik sertifikatı təqdim olunacaq. Bu sertifikat ölkə üzrə cüdo məşqçiləri üçün vahid standartların tətbiqinə və yüksək keyfiyyətli kadr hazırlığına mühüm töhfə verəcək.

Qeyd edək ki, proqramın əsas məqsədi ölkədə cüdo üzrə məşqçilik fəaliyyətinin peşəkar standartlara uyğunlaşdırılması, təhlükəsiz tədris metodlarının genişləndirilməsi və keyfiyyətli məşqçilik sisteminin formalaşdırılmasıdır.

Son xəbərlər
“Sabah” futbolçusu ilə yollarını ayırdı
“Qarabağ”ın “Liverpul”la oyununu slovakiyalı hakim idarə edəcək
"Turan Tovuz"un futbolçusundan yubiley qolu
“Real”ın müdafiəçisi Bundesliqa klublarının maraq dairəsində
“Qarabağ”ın ev oyunundakı uğursuz seriyası 14 ildən sonra təkrarlandı
Azərbaycan cüdoçuları üçün yeni qaydalarla bağlı seminar
Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlandı
“Arsenal” “Atletiko”nun hücumçusunu satın ala bilər
Hüseynovdan Polşada bürünc medal
Günün oyunları – TV
“Flamenqo” məzununu geri qaytarmaqda israrlıdır
Bernardo Silva “Barselona”ya ismarış ünvanladı
“Tottenhem” “Liverpul”la ortaq məxrəc əldə edə bilməyib
Xabi Alonsonun “Livepul”u çalışdıraca biləcəyinə ehtimal artır
MS “Real”ın müdafiəçisi ilə bağlı danışıqlara başladı
La Liqada meydan sahiblərinin günü
“Nitsa” və “Strasburq”dan darmadağın
“Yuventus” “Napoli”yə darmadağınla qalib gəldi
“Fənərbağça” evdə xal itirdi
“Ştutqart” və “Frayburq”dan qələbə
“Mançester Yunayted” “Arsenal”a da qalib gəldi
Nani “Aktobe”də
Süleymanovadan İtaliyada gümüş medal
“Neftçi” məğlubiyyətə üzüldü
2 çəkidə finalçılar, 5 çəkidə yarımfinalçılar bəlli oldu
Lider autsayderi darmadağınla yendi - VİDEO
“Yaxşı oyunçu olarsa, transfer etmək istəyərik” – Dambrauskas
“Bizim üçün çətindir” - Füzuli Məmmədov
“Milan” “Liverpul”un müdafiəçisi ilə maraqlanır
“Sabah” və “Turan Tovuz”dan qələbə
DAHA ÇOX

Ən çox oxunanlar