Bakıdakı beynəlxalq turnirdə üçüncü günün qalibləri bəlli oldu

Yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında Bakıda keçirilən beynəlxalq “Təhsil” turniri davam edir.

Sports.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Azərbaycan Güləş Federasiyası ilə birgə təşkil etdiyi yarışın üçüncü günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

Bakı İdman Sarayında keçirilən turnirdə Əmrah Əmrahov (45 kq), Xalid Ələsgərov (51 kq), Tural Əhmədov (60 kq), Yerkebulan Anapiya (71 kq, Qazaxıstan), Mikayıl İsmayılov (92 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, Dünya Güləş Birliyinin (UWW) təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Tacikistan, Fransa, Böyük Britaniya və İsraildən ümumilikdə 200-dən artıq idmançı iştirak edir.

45 kq
Final: Əmrah Əmrahov (Azərbaycan) – Turan Daşdəmirov (Azərbaycan) 5:2
Bürünc medal görüşü: Əli Sucayev (Azərbaycan) – Jaras Sovetov (Qazaxıstan) 10:5

51 kq
Final: Nihat İsmayılzadə (Azərbaycan) – Xalid Ələsgərov (Azərbaycan) 0:5 
Bürünc medal görüşü: Mohubbat Orucov (Azərbaycan) – Yusif Əlizadə (Azərbaycan) 5:9
Bürünc medal görüşü: Kazım İsmayıllı (Azərbaycan) – Nicat Nəcəfli (Azərbaycan) 9:0

60 kq
Final: Tural Əhmədov (Azərbaycan) – Roman Kərimov (Azərbaycan) 3:0
Bürünc medal görüşü: Məmmədağa Babayev (Azərbaycan) – Səid Nəsirov (Azərbaycan) 1:2
Bürünc medal görüşü: Murad Əliyev (Azərbaycan) – Nihad Məhərrəmov (Azərbaycan) 8:0

71 kq
Final: Yerkebulan Anapiya (Qazaxıstan) – Aydingali Tolendik (Qazaxıstan) 9:4
Bürünc medal görüşü: Əli Məlikov (Azərbaycan) – Elmin Əliyev (Azərbaycan) 0:9
Bürünc medal görüşü: İsodjon Nuraxmadov (Tacikistan) – Qurbanəli Məmmədov (Azərbaycan) 9:11

92 kq
3-cü tur: Mikayıl İsmayılov (Azərbaycan) – Fuad Hüseynli (Azərbaycan) 5:0

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar