Azərbaycan güləşçiləri ilin ilk təlim-məşq toplanışlarına başlayıblar

Azərbaycan güləşçiləri ilin ilk təlim-məşq toplanışlarına başlayıblar

Güləş üzrə Azərbaycan milli komandaları 2026-cı ilin ilk təlim-məşq toplanışlarına başlayıblar.

Sports.az xəbər verir ki, yanvarın 7–11-i aralığında keçirilən Azərbaycan çempionatından sonra milli komandaların heyəti müəyyənləşib və hazırlıq mərhələsinə start verilib.

Yunan-Roma güləşi üzrə yığma yanvarın 14–dən, sərbəst güləş üzrə milli isə yanvarın 18-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.

Yunan-Roma güləşçiləri yanvarın 25-dək, sərbəst güləşçilər isə 31-dək Göygöldə daha çox fiziki hazırlığın yüksəldilməsinə hesablanmış hazırlıq prosesini davam etdirəcəklər. Toplanışın gedişində taktiki-texniki çalışmalara da yer ayrılacaq.

Qadın güləşi üzrə milli isə bu gün Bakıda bir araya gəlib. Güləş Federasiyasının qadın güləşi üzrə təlim-məşq bazasında təşkil edilən toplanış fevralın 3-də yekunlaşacaq.

Növbəti aydan beynəlxalq yarışlarda iştirak nəzərdə tutulub. Qadın güləşçilər ilə ilk reytinq turniri sayılan "Zaqreb Open"lə (4-8 fevral) start verəcək. Kişilərdən ibarət komandalarımız isə növbəti reytinq turnirində – Tiranada keçiriləcək Muhamet Malo Memorialında (25 fevral – 1 mart) debüt edəcəklər.

Son xəbərlər
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
Fiqodan Rodriqoya dəstək
19-cu tura start verilir
Entso Fernandes PSJ-yə keçə bilər
“Samsunspor" "Rayo Velyekano"nu qəbul edəcək
Avropa Liqasının 1/8 final mərhələsi başlayır
17-ci turun son oyunları keçiriləcək
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Premyer Liqanın 24-cü turu rəqəmlərin gözü ilə
Daha 3 güləşçimiz AÇ-də mübarizəyə qoşulur
Fərəcullayevə futbolun inkişafı lazımdır? - Bir "zəfərin" gözləntisində
Günün oyunları – TV
“Real”da Modriçlə Kroos kimi oyunçular çatışmır”
“Milan”ın hücumçusu sıraya qayıtmaq üzrədir
Stanişiç çıxış etdiyi mövqelərlə bağlı təəssüratını paylaşdı
“Mbappe “Real”ın digər oyunçularından heç də vacib deyil”
Kompanidən Olise açıqlaması
Valverde “Real”dakı rolundan söhbət açdı
“Real” Arbeloya “zəhərli konfet” verib”
“Real” “Mançester Siti”ni, PSJ “Çelsi”ni darmadağın etdi
Gültəkinlə Günay Avropa çempionatının finalında
DAHA ÇOX

Ən çox oxunanlar