Güləş/Cüdo
Azərbaycan cüdoçuları üçün seminar

06.02.2026 | 17:40
Yeniyetmə qızlardan ibarət milli komandanın üzvləri üçün Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi yeni qaydalarla bağlı seminar təşkil olunub.
Sports.az xəbər verir ki, seminar Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayevin təqdimatında keçirilib.
Məşğələ zamanı qaydalardakı yeniliklər idmançılara praktiki nümunələr üzərindən izah edilib, müxtəlif epizodlar üzrə qərarvermə meyarları ətraflı müzakirə olunub.
Seminarın məqsədi yeni tələblərin daha dəqiq mənimsənilməsi, yarışlarda yarana biləcək anlaşılmazlıqların qarşısının alınması və taktiki yanaşmanın daha səmərəli qurulmasına dəstək göstərmək olub.
Son xəbərlər





























