Güləş/Cüdo
Cüdoçular arasında Liqa yarışının ilk turu keçiriləcək

18.02.2026 | 16:30
Fevralın 21-22-də U-14 yeniyetmə cüdoçular arasında Liqa yarışının I turu keçiriləcək.
Bu barədə Sports.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq turnirdə 93 klub və idman cəmiyyətindən olan 653 cüdoçu (550 oğlan, 103 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Cari ildə U-14 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Turnirlər idmançıların reytinq cədvəlinin formalaşmasında rol oynayacaq.
Son xəbərlər





























