Cüdo məşqçilərinə sertifikatların təqdimetmə mərasimi keçirilib

Cüdo məşqçilərinə sertifikatların təqdimetmə mərasimi keçirilib

Azərbaycan İdman Akademiyası (AİA) ilə Azərbaycan Cüdo Federasiyası (ACF) arasında əməkdaşlıq çərçivəsində cüdo məşqçilərinin səviyyə üzrə sertifikatlarının təqdimetmə mərasimi keçirilib.

Sports.az xəbər verir ki, mərasimdə çıxış edən AİA-nın rektoru Fuad Hacıyev ölkədə idman təhsilinin keyfiyyətinin artırılması, məşqçi hazırlığı sisteminin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun kadrların yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu federasiya ilə Akademiya arasında səmərəli əməkdaşlığın cüdonun inkişafına mühüm töhfə verdiyini bildirib, sertifikatlaşdırma prosesinin məşqçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində xüsusi rol oynadığını qeyd edib.

Akademiyanın Tədris işləri üzrə prorektoru Ülkər Babayeva çıxışında AİA və ACF arasında əməkdaşlıq modelinin həm yerli, həm də beynəlxalq əmək bazarında rəqabətədavamlı kadrların hazırlanmasına müsbət təsir edəcəyini bildirib.

AİA-nın Ömürboyu təhsil şöbəsinin müdiri Lalə Məmmədova isə sertifikatlaşma proqramı çərçivəsində həyata keçirilən müxtəlif istiqamətli təlimlərin ümumi icmalını bölüşüb.

Daha sonra cüdo məşqçiləri üçün I və III səviyyələr üzrə, eləcə də "Təlimçi təlimi" proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

Son xəbərlər
“Sona kimi mübarizədən qopmadıq” – Qurban Qurbanov
“İnter” Çempionlar Liqasından qovuldu
“Qarabağ” ÇL-lə vidalaşdı
Qvardiolanı kim əvəz edəcək?
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait alıb
Rövşən Nəcəf Canni İnfantinonu təbrik edib
Keyn “Barselona”ya keçəcək?
“İrlandiyanı məğlub etmək üçün gücümüz var” - Baxşıyev
Azərbaycan çempionatının qalibi bəlli oldu
Kazemiro gələcəyi ilə bağlı qərar qəbul etdi
Böyükhesablı qələbələr turu
“Səbail”lə “Baku Sportinq”dən heç-heçə
Fernandes “Mançester Yunayted”də qalmaq istəyir, amma…
Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlandı
“Qəbələ” “Turan Tovuz”a belə uduzdu - VİDEO
“Barselona” Raşforddan imtina edə bilər
“Turan Tovuz”un müdafiədə xəttini yarmaq çox çətin olur”
“Qəbələ”dən ehtiyat edirdik” - Berdıyev
“Xankəndi” “Qaradağ Lökbatan”a qalib gəldi
Maquayr “Mançester Yunayted”lə müqaviləsini yeniləyə bilər
Paytaxt klubunun futbolçusu əməliyyat olundu
MPK ilə ATF arasında Anlaşma Memorandumu imzalandı
“Mançester Yunayted”in futbolçusu sürücülük hüququndan məhrum edildi
Dibala “Roma”dan ayrıla bilər
“Qəbələ” “Turan Tovuz”a böyük hesabla uduzdu
Banişevskinin 80 illik yubileyi münasibətilə xatirə turniri keçirilib
“Nyukasl”ın zədəli futbolçularının adları açıqlandı
La Liqa klubunda yeni müdafiəçi
Dieqo Simeone İtaliya A Seriyasında çalışa bilər
“D” kateqoriyalı məşqçi kurslarına start verilib
DAHA ÇOX

Ən çox oxunanlar