BCF Akademiyasının idman direktoru Bakıda seminar keçirdi

BCF Akademiyasının idman direktoru Bakıda seminar keçirdi

Beynəlxalq Cüdo Federasiyası Akademiyasının idman direktoru Daniel Laskaunun təqdimatında Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvləri üçün seminar təşkil olunub.

Sports.az xəbər verir ki, məşğələnin əsas məqsədi hakimlərin nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılması, beynəlxalq qaydalardakı son yeniliklərin izahı və yarışların idarə olunmasında vahid yanaşmanın təmin edilməsi olub.

Tədbir çərçivəsində qiymətləndirmə meyarları, video-təkrar (VAR) sisteminin tətbiqi və mübahisəli epizodların düzgün şərhi ətrafında geniş müzakirələr aparılıb.

Daniel Laskau çıxışında beynəlxalq turnirlərdə hakimliyin keyfiyyətinin artırılmasının vacibliyini vurğulayaraq bildirib ki, milli federasiyalarda təşkil olunan bu cür maarifləndirici seminarlar hakimlərin peşəkar inkişafında mühüm rol oynayır. O, interaktiv təqdimatlar və praktiki nümunələr vasitəsilə iştirakçıların suallarını cavablandırıb, real yarış situasiyaları üzərində təhlillər aparıb.

Seminarda respublika dərəcəli və beynəlxalq kateqoriyalı hakimlər iştirak ediblər. Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.

Son xəbərlər
Qazax ölkə çempionatına ev sahibliyi edəcək
“Zenit”in hücumçusu A Seriyasına keçə bilər
“Atletiko”nun hücumçusu klubun tarixinə düşdü
AFFA nümayəndələri UEFA-nın seminarında
“Qarabağ”ın dünya reytinqindəki mövqeyi açıqlandı
Yarımmüdafiəçisi “Yuventus”u tərk edə bilər
“Strandja” turnirində daha iki qələbə
2-ci Liqada 16-cı turun oyun cədvəli açıqlandı
Turun bütün oyunları eyni saatda
“Arsenal” Raysla danışıqlara başlayır
BCF Akademiyasının idman direktoru Bakıda seminar keçirdi
AVF-nin təşkil etdiyi seleksiya prosesi başa çatıb
“İmişli” yeni futbolçu ilə müqavilə bağladı
“Real” Nikolas Pasla bağlı qərar qəbul etdi
250-ci avtoqol
Yüksək Liqada 15-ci tura start verilir
Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulur
Sanço üçüncü dəfə Dortmunda qayıda bilər
“Qarabağ”ın əsl gücünü göstərmək istəyirdik” - Zubir
Günün oyunları – TV
“İnter” əsas qapıçısı ilə bağlı qərar qəbil etdi
“Everton” lənətə gəlib
PSJ-nin Vitinya müqabilində tələbi məlum oldu
“Yuventus” yarımmüdafiəçisi ilə yeni müqavilə imzalamağa yaxındır
“Bolonya” “şeytanın qıçının sındırdı”
“Bayern” Flikə müraciət ünvanladı
Noyerdən xoş xəbər var
“2:0-dan sonra “Qarabağ”ın müdafiə xəttini yarmaq çətinləşdi”
“Sona kimi mübarizədən qopmadıq” – Qurban Qurbanov
“İnter” Çempionlar Liqasından qovuldu
DAHA ÇOX

Ən çox oxunanlar