Reytinq turnirinin ilk günündə 3 medal

Reytinq turnirinin ilk günündə 3 medal

Bu gün Albaniyanın paytaxtı Tiranada “Muhamet Malo” turnirinə start verilib.

Sports.az xəbər verir ki, reytinq turnirinin ilk günündə sərbəst güləş üzrə millinin 5 üzvü mübarizə aparıb və onların 3-ü fəxri kürsüyə qalxıb.

İslam Bazarqanov (57 kq) almaniyalı Niklas Steşele (3:2), amerikalı Liam Smit Kroni (5:0) və Puerto Riko təmsilçisi Daryan Kruza (6:1) qalib gələrək yarımfinala yüksəlib. Milli üzvü yarımfinalda rusiyalı Ramiz Qamzatova 1:3 hesabıyla məğlub olsa da, hindistanlı Akşay Tanaci Dheredən güclü (9:2) olaraq bürünc medalı boynundan asıb.

Rəşid Babazadə (65 kq) almaniyalı Niko Meqerle (12:2), bolqarıstanlı Mikyay Salim Nayim (8:7) və ekvadorlu Coşua Aleksandr Kramerə (10:0) qalib gələrək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Azərbaycan əsilli amerikalı dünya çempionu Vitali Orucovla qarşılaşma gərgin mübarizə şəraitində keçib. Əzmkarlıq nümayiş etdirən Rəşid son saniyədə 4 xallıq fəndi icra edərək yekunda 18:15 hesablı qələbəylə finala vəsiqə qazanıb. Babazadə finalda hindistanlı Sucet Sucetlə qarşılaşıb. U23 dünya çempionatının son qalibiylə bacarmayan (0:10) Rəşid turniri gümüş medalla başa vurub.

Kənan Heybətov (74 kq) 1/8 finalda qırğız Orozbek Toktomambetova (1:3), onunla eyni çəkidə çıxış edən Turan Bayramov isə eyni mərhələdə amerikalı Kuinsi Mayls Mondeyə (1:5) məğlub olub.

Arseniy Djioyev (86 kq) rusiyalı dünya və 2 qat Avropa çempionu Axmed Usmanovu 3:1, gürcüstanlı dünya və Avropa mükafatçısı Vladimeri Qamkrelidzeni isə 6:4 hesabıyla üstələyib. Təmsilçimiz finalın bir addımlığında rusiyalı İbragim Kadiyevə 2:3 hesabıyla məğlub olub. Arseniy amerikalı 2 qat olimpiya mükafatçısı və 4 qat dünya çempionu Kayl Deykə (4:1) qalib gələrək bürünc medala sahib çıxıb.

Son xəbərlər
Reytinq turnirinin ilk günündə 3 medal
“Barselona” “Mançester Siri”nin hücumçusu ilə maraqlanır
22-ci turun təyinatları açıqlandı
“Real” hücumçusunu icarəyə göndərmək niyyətindədir
Azərbaycanın daha bir boksçusu 1/4 finalda
“Atletiko”nun əfsanəsi MLS-ə keçə bilər
“Azərreyl” “Neftçi”yə uduzdu
Premyer Liqanın iki nəhəng oyunçusu Səudiyyə Ərəbistanına üz tuta bilər
Premyer Liqada mart ayının oyun proqramı açıqlandı
70-ci qol: 150-ci oyunda
“Çelsi” “Real”ın yarımmüdafiəçisini satın almaq niyyətindədir
Zədələnən olimpiya medallarının geri qaytarılması prosesinə start verilib
“Şəfa”dan darmadağın
Azərbaycan millisi Moldovada ilk yoxlama oyununda qalib gəldi
Xabi Alonso “Liverpul”un sükanı arxasına keçərsə…
Norveçli futbolçudan Çempionlar Liqasında yeni rekord
Super Liqa klubunda yeni baş məşqçi
Norveç klubundan tarixi rekord
Levandovski Madridə üz tuta bilər
Azərbaycanlı karateçi antidopinq qaydalarının pozduğuna görə cəzalandı
Azərbaycan cüdoçuları Avropa Kubokunda mübarizə aparacaqlar
Qazax ölkə çempionatına ev sahibliyi edəcək
“Zenit”in hücumçusu A Seriyasına keçə bilər
“Atletiko”nun hücumçusu klubun tarixinə düşdü
AFFA nümayəndələri UEFA-nın seminarında
“Qarabağ”ın dünya reytinqindəki mövqeyi açıqlandı
Yarımmüdafiəçisi “Yuventus”u tərk edə bilər
“Strandja” turnirində daha iki qələbə
2-ci Liqada 16-cı turun oyun cədvəli açıqlandı
Turun bütün oyunları eyni saatda
DAHA ÇOX

Ən çox oxunanlar