Güləş/Cüdo
Azərbaycan cüdoçularından Avstriyada daha iki medal

07.03.2026 | 22:30
Avstriyanın Linz şəhərində keçirilən qran-pri turnirinin ikinci günündə Azərbaycan cüdoçuları daha iki medal qazanıblar.
Sports.az xəbər verir ki, hər iki medal 81 kq çəki dərəcəsində əldə edilib.
Vüsal Qələndərzadə gümüş, Ömər Rəcəbli bürünc mükafata layiq görülüb. Vüsal zədələndiyi final görüşündə Adilet Almata (Qazaxıstan) məğlub olub. Ömər isə üçüncü yer uğrunda qarşılaşmada finlandiyalı Eetu İhanamakiyə qalib gəlib.
Xatırladaq ki, ötən gün Ruslan Paşayev (66 kq) yarışın qalibi olmuşdu.
Hesabında bir dəst medal olan Azərbaycan 59 ölkə arasında ümumi komanda sıralamasında üçüncü, kişilər arasında isə birinci pillədə qərarlaşıb.
Son xəbərlər




























