Azərbaycan çempionatına start verildi

Azərbaycan çempionatına start verildi

Martın 11-də Qazaxda sərbəst və yunan-Roma güləşi üzrə U15 Azərbaycan çempionatına start verilib.

Sports.az xəbər verir kİ, Qazax Olimpiya İdman Kompleksində keçirilən ölkə birinciliyinin ilk günündə sərbəst güləş üzrə 6 çəkidə finalçılar müəyyənləşib.

Gündüz seansında 38, 41, 44, 48, 52 və 57 kq-da müxtəlif mərhələlər üzrə mübarizə baş tutub.

Daha sonra yarışın təntənəli açılış mərasimi baş tutub. Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Qazax güləş məktəbinin tanınmış simalarından biri, sərbəst güləş üzrə milli komandanın sabiq çalışdırıcısı Firdovsi Umudov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Fərid Mansurov və baş katibi Pərvin Piriyev çıxış edib. Onlar son zamanlar ölkə güləşində həyata keçirilən islahatlardan, ilk dəfə U15 yaş qrupu üzrə Azərbaycan çempionatına ev sahibliyi edən Qazaxın güləş ənənələrindən və bu yarışın önəmindən danışıblar. Daha sonra dövlət himni səslənib və “Vətənim” rəqs ansamblının ifasında maraqlı şou proqram təqdim edilib.

Axşam seansında isə yuxarıda qeyd edilən 6 çəki üzrə yarımfinal görüşləri keçirilib. Finala vəsiqə qazanan güləşçilər aşağıdakılardır:

38 kq

Yusif Abdullayev (Abşeron, “Neftçi”) – Oğuz Paşayev (Gimnaziya)

41 kq

Cavanşir Süleymanov (MOİK, “Mywrestling”) – Elman İsmayılov (Gəncə, “Mywrestling”)

44 kq

Məhəmməd Kərimov (“Mywrestling”) – Ramal Hacıyev (Gəncə, “Mywrestling”)

48 kq

Əli Baloğlanov (Masallı, “Mywrestling”) – Tunar Sazmani (Siyəzən)

52 kq

Elgün Qurbanzadə (Göygöl, “Neftçi”) – Adəm Quliyev (Abşeron, “Mywrestling”)

57 kq

Tunar Sultanzadə (Şəmkir, “Mywrestling”) – Yılmaz Səmədov (Siyəzən)

Son xəbərlər
“Real” “Mançester Siti”ni, PSJ “Çelsi”ni darmadağın etdi
Gültəkinlə Günay Avropa çempionatının finalında
Rekord nəticəylə Avropa ikincisi!
Ali Tsokayev Avropa çempionu oldu
Azərbaycan çempionatına start verildi
Azərbaycan yığması Bolqarıstana uduzdu
“Real” “Arsenal”ın müdafiəçisi ilə maraqlanır
Beynəlxalq federasiya rəhbərləri Bakıda avarçəkmə məşqlərini izləyiblər
“İstedadların seçimi” yarışının 2-ci turu keçiriləcək
“Tottenhem” “Real”ın ulduzu ilə danışıqlarına xitam verdi
“DH Volley”dən növbəti qələbə
Komitə sədri hakimlərin bütün qərarlarını haqlı sayır - VİDEO
“Çelsi” “Sanderlend”in qapıçısını satın almağa hazırdır
İtaliya klubunda yeni baş məşqçi
“Şimal” “Şəfa”ya məğlub oldu
Slot Alonsonun “Liverpul”a yolunu bağlaya bilər
Berdıyevin cəzası 3 oyuna endirildi
Amerikalı basketbolçu “Lənkəran”dan ayrıldı
“FIFA Series – 2026”nın biletləri satışda
Türkiyə kubokunun püşkü atıldı
“Sabah”dan ən böyükhesablı ev qələbəsi: İki rekord təkrarlandı
Harri Keynin “Bayern”dəki gələcəyinə dair məlumat yayıldı
Mikelsdən Premyer Liqada 50-ci qol
Dörd komanda 70 manatlıq cərimələndi
Premyer Liqanın ən ucuzlaşmış futbolçusu məlum oldu
“Şəmkir”ə texniki məğlubiyyət verildi
“Sabah”ın məşqçisinə 7, “Qarabağ”ın məşqçilərinə 6 oyunluq cəza
Kapitanı “Tottenhem” rəhbərliyinə xəbərdarlıq ünvanladı
“Sabah”dan 100-cü qələbə
Günün oyunları – TV
DAHA ÇOX

Ən çox oxunanlar