Fərid Sadıxlı Avropa çempionatının finalında

Fərid Sadıxlı Avropa çempionatının finalında

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.

Sports.az xəbər verir ki, yarışın 5-cü günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da yer alan pəhləvanlarımız mübarizəyə start verib.

Fərid Sadıxlı (55 kq) çexiyalı Filip Bartoşikə tam üstünlüklə (9:0), rumıniyalı Denis Florin Mihaya 5:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Təmsilçimiz həlledici görüşdə gürcüstanlı Koba Karumidzeni isə sonuncu xal prinsipinə əsasən üstələyib – 3:3. Fərid sabah finalda rusiyalı Alibek Amirovla qarşılaşacaq.

İlkin Qurbanov (63 kq) türkiyəli Enes Ülkünü (6:4) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda moldovalı Vitali Yeryomenkoya (1:5) məğlub olub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşə çıxacaq. Rəqib fransalı Lukas Qrasso olacaq.

Rəvan Nuriyev (77 kq) ilk mərhələdə belaruslu Kiril Valevskiyə (1:4), Səid Axundzadə (87 kq) 1/8 finalda rumıniyalı Patrik Qordana (5:9), Ayxan Mərdanov (130 kq) isə təsnifat mərhələsində yunanıstanlı Axiles Xrisidisə (0:3) uduzub.

Son xəbərlər
“Borussiya”dan inamlı qələbə
“Fənərbağça” ilk məğlubiyyətinə üzüldü
Ruzanna Məmmədova Avropa ikincisi oldu
Azərbaycan çempionatında 7 çəkidə qaliblər müəyyənləşdi
“9 oyundur qələbə qazana bilməməyimizin səbəbini bilmirəm”
Fərid Sadıxlı Avropa çempionatının finalında
“Məşqçilərin tez-tez dəyişməyi çarə deyil” - Ayxan Abbasov
“Şamaxı” “Sumqayıt”a belə qalib gəldi - VİDEO
"Neftçi" - "Qarabağ" görüşünün vaxtı açıqlandı
İngiltərə nəhəngləri “Bornmut”un futbolçusu ilə maraqlanırlar
“Araz-Naxçıvan”la “Şamaxı”dan qələbə
“Dinamo”nun müdafiəçisi İngiltərə nəhənglərinin diqqət mərkəzində
“Karvan-Yevlax” “Araz-Naxçıvan”a belə uduzdu - VİDEO
“Oyundan oyuna daha yaxşı oluruq” - Demçenko
“Araz-Naxçıvan” kimi komandaya 2-3 qol vurmaq çətindir”
Emiliano Martines İtaliyaya üz tuta bilər
Premyer Liqada fevralın ən yaxşı baş məşqçisi məlum oldu
Kalafyori London daxilində yerdəyişmə edə bilər
Azərbaycan çempionatında son 7 çəkidə finalçılar məlum oldu
“Kəpəz”in akademiyası “işıqlığa çıxdı”
Premyer Liqada fevralın ən yaxşı oyunçusu bilindi
“Barselona” “Mançester Siti”nin müdafiəçisi ilə maraqlanır
“Cəbrayıl” “Zaqatala”ya qalib gəldi
Azərbaycanda Avropa Kanoe Assosiasiyasının ofisi açıldı
Millimiz Tailandda ilk qələbəsini qazandı
“Tottenhem”in hücumçusu La Liqada çıxış edə bilər
“Quba” “Lənkəran”ı məğlub etdi
Rui Jorjenin mətbuat konfransı keçiriləcək
“Barselona”nın sabiq futbolçusu karyerasını bitirdi
“Atletiko” “Mançester Siti”nin hücumçusu ilə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar