AÇ-nin son günündə 4 güləşçimiz mübarizə aparacaq

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Sports.az xəbər verir ki, turnirin sonuncu - 7-ci günündə Azərbaycanın 4 güləşçisi xalça üzərinə çıxacaq.
Elmin Əliyev (82 kq) finalda gürcüstanlı Tornike Mikeladze ilə üz-üzə gələcək.
Ayxan Cavadovla (60 kq) Fərid Xəlilov (67 kq), bürünc medal uğrunda yarışacaq.
Fərahim Mustafayev (72 kq) isə təsəlliverici görüşə çıxacaq.
Qeyd edək ki, azərbaycanlı güləşçilər U-23 Avropa çempionatında indiyə qədər ümumilikdə 13 medal qazanıblar. Ali Tsokayevlə (92 kq) Günay Qurbanova (59 kq) Avropa çempionu olublar. Fərid Sadıxlı, Gültəkin Şirinova (hər ikisi 55 kq), Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Ruzanna Məmmədova (62 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq) gümüş, İlkin Qurbanov (63 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) bürünc medal sahibi olublar.





























