Elmin Əliyev Avropa çempionu oldu

Elmin Əliyev Avropa çempionu oldu

Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatı sona çatıb.

Sports.az xəbər verir ki, yarışın sonuncu – yeddinci günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da medalçılar müəyyənləşib.

Ayxan Cavadov (60 kq) bürünc medal uğrunda görüşdə Rəqib ukraynalı Yevgeni Pokovbaya 1:3 hesabıyla məğlub olub və debüt etdiyi yarışı 5-ci pillədə tamamlayıb.

Fərid Xəlilov (67 kq) üçüncülük mübarizəsində macarıstanlı Petro Jitovozla üz-üzə gəlib. Qarşılıqlı xalların qeydə alındığı görüşdə 5:3 hesablı qələbə qazanan Xəlilov bürünc medalı boynundan asıb.

Fəraim Mustafayev (72 kq) təsəlliverici görüşdə Dimitro Vasilyevi 4:2 hesabıyla üstələyib. Güləşçimiz bürünc medal qarşılaşmasında rumıniyalı Leonard Yuraskuyla üz-üzə gəlib. Görüşün əvvəllərində 0:4 hesabıyla geri düşən Mustafayev əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb – 5:4. Beləliklə, Fəraim milli komandanın hesabına növbəti medalı yazdırıb.

Elmin Əliyev (82 kq) isə finalda gürcüstanlı Tornike Mikeladzeylə güləşib. Rəqib 2:0 hesabıyla önə keçsə də, güləşçimiz mübarizədən qopmayıb. Təşəbbüsü ələ alan Əliyev yekunda 3:2 hesablı qələbəyə sevinərək U23 Avropa çempionu olub.

Yunan-Roma güləşi üzrə millimiz çempionatı 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. Yığmamız 100 xalla komanda hesabında 4-cü yeri tutub. Xatırladaq ki, bir gün öncə Fərid Sadıxlı (55 kq) gümüş, İlkin Qurbanov (63 kq) isə bürünc medal qazanmışdı.

Son xəbərlər
“Ştutqart”a bir qol bəs etdi
Elmin Əliyev Avropa çempionu oldu
Azərbaycan cüdoçularından Varşavada daha iki medal
Zaretskadan Premyer Liqada bürünc medal
“Mançester Yunayted”dən növbəti qələbə
“Beşiktaş”dan inamlı qələbə
“Köln”ün hücumçusu Premyer Liqaya üz tuta bilər
Bir oyunun stadionu dəyişdirildi
Luis Enrike “Atletiko”nun hücumçusunu Parisdə görmək istəyir
“İstedadların seçimi” yarışının 2-ci turu başa çatdı
Yarımfinalçılar müəyyənləşdi
“Çelsi” “Strasbur”un yarımmüdafiəçisini istəyir
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
“Komandamızda psixoloji problemlər var” – Sxadadze
“Nyukasl” “Monako”nun yarımmüdafiəçisi ilə maraqlanır
“Avropaya getmək üçün əlimizdən gələni edirik” – Vernidub
“Tottenhem”in iki oyunçusu yeni klub axtarışına başladı
“Qəbələ” “Neftçi”yə uduzdu,Yevlaxda qalib müəyyənləşmədi
NTD “Şəki”yə qalib gəldi
PSJ hücumçusu ilə müqaviləsini yeniləyəcək
Mahir Emreli uzun fasilədən sonra qol vurdu
“Sabah”ın əvəzedicilərindən darmadağın
“Kəpəz”lə “Turan Tovuz”dan heç-heçə - VİDEO
“Yuventus” “Arsenal”ın müdafiəçisi ilə maraqlanır
“Qarşıda daha yaxşı “Kəpəz” görəcəyik”
“Çox vacib iki xal itirdik” - Berdıyev
MY “Leypsiq”in kapitanı ilə maraqlanır
Azərbaycan çempionatına yekun vuruldu
Yığmamız FIBA Çempionlar Kubokunda ikinci oldu
Konte bir şərtlə “Napoli”də qala bilər
DAHA ÇOX

Ən çox oxunanlar