Güləş/Cüdo
ACF tərəfindən 25 klub və idman təşkilatına lisenziya təqdim edildi

18.03.2026 | 22:45
Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən daha 25 klub və idman təşkilatına beş il müddətinə lisenziya təqdim edilib.
Sports.az xəbər verir ki, sözügedən qurumlar tələb olunan sənədləri müəyyən olunmuş qaydalara uyğun şəkildə təqdim edib və müvafiq meyarlar əsasında seçimdən keçiblər.
Təqdimat mərasimində ACF-in idman direktoru və baş katibin müavini Kamran Talıbov lisenziyalaşdırma prosesinin mahiyyəti və əhəmiyyəti, eləcə də klub və idman təşkilatlarının üzərinə düşən öhdəliklər barədə ətraflı məlumat verib.
Bundan əvvəl ACF tərəfindən 202 klub və idman təşkilatına lisenziya təqdim olunub.
Son xəbərlər





























