“Böyük Dəbilqə”nin son günündə 3 cüdoçumuz mübarizəyə qoşulur

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə bu gün yekun vurulacaq.
Sports.az xəbər verir ki, Azərbaycanın daha üç cüdoçusu yarışın son günündə mübarizəyə qoşulacaq.
Camal Qamzatxanov (+100 kq) 1/8 finalda Saba Kardava (Gürcüstan) – Losseni Kone (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.
Eyni çəki və mərhələdə çıxış edən Kənan Nəsibov isə Yelaman Yerqaliyev (Qazaxıstan) – Gela Zaalişvili (Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.
Qadınların yarışında (+78 kq) Madina Kaisinova da mübarizəyə 1/8 finaldan başlayacaq. O, Erika Simonetti (İtaliya) ilə qarşılaşacaq.
Azərbaycan təmsilçilərinin hesabında 1 gümüş, 1 bürünc medal var. Daha əvvəl Turan Bayramov (60 kq) ikinci, Hidayət Heydərov (73 kq) üçüncü yeri tutub.





























