Azərbaycan yığmaları mühüm yarışlara müxtəlif məkanlarda hazırlaşır

Azərbaycan yığmaları mühüm yarışlara müxtəlif məkanlarda hazırlaşır

Azərbaycanın güləş üzrə milliləri qarşıdan gələn mühüm yarışlara hazırlıqları müxtəlif məkanlarda davam etdirir.

Sports.az xəbər verir ki, qadın güləşi üzrə yığma Göygöldə təlim-məşq toplanışı keçir.

Martın 22-də start götürən hazırlıq prosesi aprelin 4-dək davam edəcək. Göygöl Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında 12 güləşçi iştirak edir.

Sərbəst güləş üzrə U-20 millisi də eyni məkanda toplanışı davam etdirir. Martın 15-də başlayan məşqlər 14 gün davam edəcək. Toplanışda böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında 20 güləşçi yer alıb.

Yunan-Roma güləşi üzrə U-17 seçməsi martın 15-dən Qazaxıstanın Almatı şəhərində Özbəkistan, Türkmənistan və Tacikistan komandalarıyla birgə toplanış keçir. Ayın 26-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov və Zöhrab Abbasovun rəhbərliyi altında 22 güləşçi iştirak edir.

Bu yaş qrupu üzrə sərbəst güləş yığması isə Xaçmaza yollanacaq. Martın 27-dən aprelin 9-dək böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında 30 idmançı Xaçmaz Olimpiya İdman Kompleksində qarşıdakı yarışlara hazırlaşacaq.

Son xəbərlər
Haland “Mançester Siti”ni tərk edə bilər
“Hoffenhaym”ın hücumçusu nəhənglərin diqqət mərkəzindədir
Azərbaycan taekvondoçularından Belçikada 6 medal
“Barselona” “Borussiya”nın hücumçusu ilə görüş keçirəcək
Siyasət Əsgərov Türkiyə klubunun xüsusi qonağıdır
“Barseona” “Real Sosyedad”ın qapıçısı ilə maraqlanır
“Mançester Siti”nin ulduzu “Barselona”ya keçmək istəyir
“Mançester Yunayted” baş məşqçi seçimi ilə bağlı ciddi fikrə düşdü
Ayxan Abbasovun mətbuat konfransı keçiriləcək
“Araz Saatlı” və “Dinamo”dan qələbə
Türkiyə klubunun daha 6 xalı silindi
“Real” “Çelsi”nin yarımmüdafiəçisi müqabilində pul hazırlayır
18 yaşlı futbolçu oyunda huşunu itirdi, xəstəxanada vəfat etdi
MY “Arsenal”ın cinah müdafiəçisini hədəfə aldı
AMADA ilə BCF arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycan yığmaları mühüm yarışlara müxtəlif məkanlarda hazırlaşır
AFFA nümayəndələri UEFA-nın Konfransında iştirak ediblər
“Real”ın müdafiəçisi “Yuventus”la danışıqlar aparır
“Nəriman və Qomes kimi futbolçular rəqabəti artırmalıdır”
“Yuventus” “Mançester Siti”nin kapitanına təklif ünvanladı
“Arsenal” “Roma”nın cinah müdafiəçisi ilə maraqlanır
AFFA klubların akademiyalarına ziyarət və qiymətləndirmə prosesini başa çatdırıb
“Bizə istirahət gərəkdir” - Rosenyor
“Bayern” Bundesliqanın mütləq qol rekordunu təkrarlamağa yaxındır
Azərbaycan boksçularından Debretsendə 4 medal
“Barselona” keçmiş ulduzuna təbrik ünvanladı
“Real”ın kapitanı təkliflər aldı
Messi Peleni geridə qoydu
“Barselona” “Kamp Nou”nu tərk edə bilər
MY əsas yay transfer hədəfini müəyyənləşdirdi
DAHA ÇOX

Ən çox oxunanlar