Güləş/Cüdo
“Böyük Dəbilqə”: Fətiyevdən gümüş medal
05.02.2023 | 21:42
Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin ikinci günündə Azərbaycan yığmasının daha bir üzvü medal qazanıb.
Sports.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan Murad Fətiyev turniri gümüş medalla başa vurub.
O, ardıcıl olaraq Aydar Arapov (Qazaxıstan), Pol Kibikai (Qabon), Loris Tassyer (Fransa), Tiqo Renes (Niderland) və Luka Maysuradzeni (Gürcüstan) üstələyərək finala yüksəlib. Fətiyev həlledici görüşdə niderlandlı idmançı Noel Van Endə məğlub olub.
Xatırladaq ki, “Böyük Dəbilqə”nin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl medal qazanmışdı.