Okeaniya üzrə 2022-ci ilin ən yaxşı futbolçuları açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Okeaniya Futbol Konfederasiyası (OFC) üzrə 2022-ci ilin ən yaxşı oyunçusunu açıqlayıb.

Sports.az xəbər verir ki, İFFHS-ın versiyasına görə, bu ada Yeni Zelandiya millisinin və İngiltərənin “Nottingem Forest” klubunun hücumçusu Kris Vud layiq görülüb.

OFC-də ilin ən yaxşı gənc futbolçusu isə Danimarkanın “Kopenhagen” klubunun yeni zelandiyalı yarımmüdafiəçisi Marko Stameniç seçilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar