“Səfirliyimizə və bayrağımıza edilən şərəfsiz təcavüzü qınayıram!” - Güney Azərbaycandan olan güləşçi

Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani ölkə idmançılarına çağırış edib.

Sports.az xəbər verir ki, 28 yaşlı güləşçi şəxsi “instaqram” səhifəsində paylaşım edərək, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilən hücumu pisləyib.

“Azərbaycan səfirliyinə və bayrağımıza edilən şərəfsiz təcavüzü qınayıram! Şübhəsiz ki, bu hücum cəzasız qalmayacaq”, – sözlərini yazan Nəzəriani bütün Azərbaycan idmançılarını bayraqla olan şəkillərini paylaşaraq, Vətən düşmənlərinə yerlərini göstərməyə çağırıb.

Oyan fikirlərini Bəxtiyar Vahabzadənin “Bayraq” şeirindəki misralarla tamamlayıb:

Bayraq mənliyimdir, bayraq kimliyim
Bayraq öz yurduma öz hakimliyim.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar