Azərbaycan cüdoçuları Yaponiyada təlim-məşq toplanışındadır

Azərbaycanın cüdo üzrə milli komandası 20 fevraldan etibarən Yaponiyada Kokuşikan Universitetində təşkil edilən cüdo təlim düşərgəsində iştirak edir.

Sports.az xəbər verir ki, təlim-məşq toplanışına böyüklərdən ibarət milli komandanın 17 üzvü qatılıb. Hazırlıq prosesi martın 4-nə qədər davam edəcək.

Kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautmanın sözlərinə görə, sözügedən toplanış mayda Qətərdə baş tutacaq dünya çempionatına uzunmüddətli hazırlığın bir hissəsidir. Həmçinin hazırlıq prosesi idmançılarımızın bilik və bacarıqlarını artırmaq üçün əla fürsət yaradır: “Təlim-məşq zamanı idmançılar dözümlülüklərini artırırlar. Əsasən klassik üslubda güləşən idmançılara qarşı hücum və müdafiəni təkmilləşdirirlər”.

Hazırlıq prosesində Azərbaycan idmançıları ilə yanaşı İsrail, Gürcüstan, Almaniya və Yaponiya cüdoçuları da iştirak edirlər.

Təlim-məşq toplanışında Kəramət Hüseynov, Balabəy Ağayev, Turan Bayramov, Nazir Talıbov (-60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (-66 kq), Hidayət Heydərov, Nurlan Osmanov (-73 kq), Səid Mollayi, Rüstəm Orucov, Zelim Tçkayev, Elcan Hacıyev (-81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (-90 kq), Zelim Kotsoyev (-100 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (+100 kq) iştirak edirlər.

Cüdoçulara performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov rəhbərlik edir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar