Azərbaycanın 6 cüdoçusu üçün “Böyük Dəbilqə” sınağı

3-5 martda Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək.

Sports.az xəbər verir ki, üç gün davam edəcək turnirdə 51 ölkədən 372 idmançı iştirak edəcək.

Azərbaycan millisi yarışda 3 çəki dərəsində 6 cüdoçu ilə təmsil olunacaq.

İdmançılar mötəbər yarışda böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mövlud Mirəliyev və Mehman Əzizovun rəhbərliyi altında çıxış edəcək.

-60 kq. 
Rövşən Əliyev 
Əhməd Yusifov 

-66 kq. 
Kamran Süleymanov 
Ruslan Paşayev 

-73 kq. 
Nəriman Mirzəyev 
Rəşid Məmmədəliyev

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar