Güləş/Cüdo
Azərbaycan “Böyük Dəbilqə”ni bir medalla başa vurdu
04.03.2023 | 15:00
Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan komandasının iştirakı ilə cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Sports.az xəbər verir ki, ikinci yarış günündə son iki idmançımız çıxış edib.
Nəriman Mirzəyev (73 kq) startda özbəkistanlı Şahram Axadovla görüşüb və rəqibinə məğlub olaraq mübarizəni dayandırıb.
Eyni çəkidəki Rəşid Məmmədəliyev isə Behruzi Xocazoda (Tacikistan) ilə dueldən məğlub ayrılaraq yarışla vidalaşıb.
Xatırladaq ki, ilk yarış günündə tatamiyə çıxan dörd cüdoçumuzdan yalnız 60 kq çəki dərəcəsində yer alan Əhməd Yusifov bürünc medal qazanıb.