Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də iştirak edəcək

Beynəlxalq Cüdo Federasiyasının təqviminə görə növbəti “Böyük Dəbilqə” turniri 24-26 martda Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək.

Sports.az xəbər verir ki, üç gün davam edəcək turnirdə 62 ölkədən 400-dən çox idmançı iştirak edəcək.

Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 9 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara mötəbər yarışda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mövlud Mirəliyev və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcək.

Yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Kişilər
-60 kq. 
Kəramət Hüseynov 
Turan Bayramov 

-66 kq. 
Kamran Süleymanov 

-73 kq. 
Rəşid Məmmədəliyev 
Nəriman Mirzəyev 

-81 kq. 
Rüstəm Orucov 
Elcan Hacıyev 

-90 kq. 
Vüqar Talıbov 

+100 kq. 
Camal Qamzatxanov

Qadınlar

-48 kq. 
Leyla Əliyeva 

-52 kq. 
Gültac Məmmədəliyeva 
Aydan Vəliyeva 

-57 kq. 
Fidan Əlizadə

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar